Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qvardiolanın menecerindən "Bavariya" açıqlaması

Qvardiolanın menecerindən

Tarix: 18 Noyabr 2019 21:32

Josep Mariya Orobitg meneceri olduğu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın "Bavariya"ya qayıdacağı iddialarına münasibət bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, bu iddiaları təkzib edib: "Peplə danışmışam. O, "Mançester Siti"də və bu şəhərdə olmaqdan məmnundur. Qvardiolanın klubu ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. Onunla bağlı mənimlə heç bir klub nümayəndəsi danışıq aparmayıb".

Qeyd edək ki, 48 yaşlı mütəxəssis və ailəsinin Mançesterdə yaşamağa uyğunlaşmaqda çətinlik çəkdiyi və Münhen klubuna qayıda biləcəyi iddia olunurdu.

 


Etiketlər:  Qvardiolanın menecerindən Bavariya açıqlaması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ