Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldo hakimə belə etiraz etdi - FOTO

Ronaldo hakimə belə etiraz etdi - FOTO

Tarix: 28 Mart 2024 12:44

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Sloveniya  ilə yoxlama oyunundakı hakimlikdən narazı qalıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Lyublyanadakı "Stojice" stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçdan sonra meydanı həddindən artıq narazı tərk edən Ronaldo ehtiyat hakimin üstünə qışqıraraq Sloveniya millisinin qapısına iki penaltinin təyin olunmadığını jestlə göstərib.

Xatırladaq ki, Portuqaliya millisi Avrop çempionatına Çexiya, Türkiyə və Gürcüstanla eyni qrupda çıxış edəcək 

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. 

Milli.Az


Etiketlər:  Ronaldo hakimə belə etiraz etdi FOTO


RƏYLƏR