Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2024 19:14
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalı da daxil olmaqla, son bir həftədə 38 terrorçu zərərsizləşdirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi hesabatında bildirib.
Məlumata əsasən, PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ başda olmaqla, bütün terror təşkilatlarına qarşı aparılan əməliyyatların gedişində yanvarın 1-dən bəri zərərsizləşdirilən terrorçuların sayı 646-ya çatıb. Onlardan 268-i İraqın şimalında, 378-i isə Suriyanın şimalında aradan götürülüb.
Ölkə daxilində qanunsuz miqrasiya ilə mübarizəyə toxunan Aktürk bildirib ki, son bir həftə ərzində qeyri-qanuni yollarla Türkiyə sərhədlərini keçməyə cəhd edən 82 nəfər saxlanılıb, 2572 nəfərin sərhədi keçməsinin qarşısı alınıb. İlin əvvəlindən indiyədək qanunsuz yollarla Türkiyə ərazisinə keçməyə çalışanların sayı isə 39 min 412 nəfərə çatıb.