Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qatil qeyri-adi şəkildə həbsxanadan qaçdı - FOTO

Qatil qeyri-adi şəkildə həbsxanadan qaçdı - FOTO

Tarix: 28 Mart 2024 20:58

Venesueladan olan təhlükəli cinayətkar bu yaxınlarda özünü qadına çevirərək və sadəcə görüş saatının sonunda çölə çıxaraq həbsxanadan qaçmağı bacarıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, qətl və quldurluqda təqsirli bilinən 25 yaşlı məhbus Manuel Lorenso Avila Alvarado sevgilisi ilə görüşdükdən sonra Venesuelanın Karabobo əyalətinin Tokuito şəhərindəki El Libertador həbsxanasından qaçıb.

Yerli qəzetin məlumatına görə, insident yerli vaxtla saat 14 radələrində, ziyarət saatının sonunda baş verib. Tünd dəri rənginə baxmayaraq, Alvarado özünü sarışın qadın kimi təqdim edərək və çox güman ki, sevgilisi tərəfindən gətirilən parik və qadın paltarı geyinərək bir neçə həbsxana nəzarətçisini aldada bilib.

Həbsxananın müşahidə kameraları qadın paltarı geyinmiş bir məhbusun bir qrup əsl qadınla qarışaraq yüksək mühafizə olunan müəssisədən sakitcə çıxdığı anları lentə alıb. Sual yaranıb ki, mühafizəçilər necə belə asanlıqla aldadılıblar, məhz bu səbəbdən onlardan dördü bu hadisə ilə bağlı istintaqa cəlb olunub.

Avila bu yaxınlarda başqa dövlət islah müəssisəsindən Tokuito həbsxanasına köçürülüb, lakin ola bilsin ki, cinayətin ortağı kimi axtarışda olan sevgilisinin köməyi ilə qaça bilib.

Milli.Az


Etiketlər:  Qatil qeyri adi şəkildə həbsxanadan qaçdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ