Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2024 19:00
"Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının mövcud olması respublikanın suverenliyinin yeganə real təminatıdır".
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanat verib.
Qeyd edilib ki, Aİ Ermənistanı yalnız Avropa üçün resurs və mənfəət mənbəyi kimi qəbul edir və Brüsseldə respublikanın maraqlarını və prioritetlərini müəyyən etmək istəyir.
Qeyd edək ki, Rusiya XİN-in müvafiq açıqlaması İrəvanın anti-Rusiya xarakterli addımları fonunda Ermənistana qulaqburma kimi qəbul edilib.