Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Arkak sokaklar”dan ayrılmasının səbəbini AÇIQLADI

“Arkak sokaklar”dan ayrılmasının səbəbini AÇIQLADI

Tarix: 29 Mart 2024 21:20

"Arka sokaklar" serialındakı komissar Məsud rolu ilə tamaşaçı məhəbbəti qazanan türkiyəli aktyor Şevket Çoruh serialdan ayrılma səbəbini açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, şəxsi teatrını açmaq üçün serialdan getdiyini bildirib.

"16 il eyni filmdə çəkildim. Son illər yorulmuşdum, amma davam edirdim.  Çünki teatrımı açmaq üçün mənə pul lazım idi. Lazımi vəsaiti toplayan kimi ayrıldım", - o qeyd edib.

"Yol polisi maşını saxlayır, sonra üzr istəyir ki, bağışlayın komissarım, tanımadım. Məhəllədəki uşaqlar məni görən kimi ayağa qalxır. Bir xətalı işləri olanda "Məsud komissar gəldi" deyib qaçırlar. 16 il ərzində onlar da  gerçəklə yalanı qarışdırıblar", - aktyor vurğulayıb.

Milli.Az


Etiketlər:  Arkak sokaklardan ayrılmasının səbəbini AÇIQLADI


RƏYLƏR