Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bayer”də qalacağını AÇIQLADI

“Bayer”də qalacağını AÇIQLADI

Tarix: 29 Mart 2024 21:46

"Bayer"in baş məşqçisi mətbuat konfransında növbəti mövsümdə də postunda qalacağını açıqlayıb.

"Bayerin baş məşqçisi kimi davam etmək qərarına gəldim. Mənə elə gəlir ki, bura mənim burada olmaq və məşqçi kimi inkişaf etmək üçün doğru yerdir. Düşünürəm ki, bu mənim gələcəyim üçün ən yaxşı qərardır. Mən tələsmirəm və buna əminəm", -Milli.Az lent.az-a istinadən xəbər verir ki, Alonso bildirib.

Daha əvvəl jurnalist Fabrisio Romano "Bavariya" və "Liverpul"un marağına baxmayaraq, 42 yaşlı mütəxəssisin ən azı 2025-ci ilin iyun ayına kimi klubda qalacağını bildirmişdi.

"Bayer" ilə yeni müqavilə 2025/26 mövsümünün sonuna qədər bağlanacaq, müqavilənin ikinci ilində isə sərbəst buraxılma maddəsi tətbiq olunacaq.

Milli.Az


Etiketlər:  Bayerdə qalacağını AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ