Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2024 23:16
UEFA aprelin əvvəlində komandaların Avro-2024 üçün 26 oyunçuya qədər təklifini genişləndirməyi nəzərdən keçirəcək.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Avropa Futbol Assosiasiyaları İttifaqının rəhbərliyi bəzi milli komandaların məşqçilərinin Avropa çempionatı üçün heyətlərlə bağlı səsləndirdiyi fikirləri nəzərə aldığını bildirib. Oyunçuların sayının artırılması ilə bağlı qərar qitə birinciliyində iştirak edən bütün komandaların nümayəndələrinin iştirakı ilə keçiriləcək konqresdə veriləcək.
"Aprelin 8-də seminar keçiriləcək, UEFA məşqçilərin fikirlərini dinləyəcək. Bununla bağlı istənilən ideya nəzərdən keçiriləcək və qiymətləndiriləcək", - UEFA nümayəndəsi deyib.
Xatırladaq ki, UEFA son Avropa çempionatında koronavirus pandemiyasının yaratdığı həddən artıq yüklənmiş təqvimlə əlaqədar komandaların iştirak ərizələrindəki oyunçuların sayını 23-dən 26-ya yüksəltmişdi. 2021-ci ildə FİFA komandalara Qətərdə keçiriləcək dünya çempionatına 26 futbolçunun daxil olmasına icazə verib.
Keçən ilin payızında dərc edilən Avropa çempionatının reqlamentində milli komandaların iştirakının 23 oyunçu ilə məhdudlaşdırılacağı bildirilirdi.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək, oyunlara ölkənin on şəhəri ev sahibliyi edəcək. Final Berlində, Olimpiya Stadionunda baş tutacaq.