Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2024 21:45
Pəhrizdə olanlar üçün səhər yeməyi xüsusi əhəmiyyət daşıyır. Bir sıra mütəxəssislər səhərlər yeməyi məsləhət görməsə də, digər bir qrup bunun əksini çox əhəmiyyətli hesab edir. Bir sözlə, səhər yeməyi dietoloqlar arasında illərdir mübahisəli məsələ olaraq qalır.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva səhər yeməyini tövsiyə edən müətxəssislər arasındasdır. O, hətta arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyinin nə olduğunu da açıqlayıb. Dietoloqun fikrincə bu, pendirli omlet və avokadolu tostdur. Onun ideal səhər yeməyi 1 ədəd yumurtadan, 1-2 dilim pendirdən, mayasız çörəkdən, yarım avokadodan, müxtəlif göyərtilərdən və bir neçə ədəd çərəzdən ibarətdir.
"Doctor Piter" portalına müsahibə verən mütəxəssis bunun səbəbini isə belə izah edib:
"Bu qidalar ən azı 6 saat aclıq hiss etməməyə kömək edir. Onların tərkibində kifayət qədər faydalı yağ var, bu da xüsusilə ödün fəaliyyəti üçün xeyirlidir".
Dilyara Lebedeva faydalı səhər yeməyinin tərkibini də izah edib. Onun sözlərinə görə, səhər yeməyi mütləq zülallar, kompleks karbohidratlar və faydalı yağlarla zəngin olmalıdır:
"Çünki bunlar orqanizmin oyanmasına kömək edir, həmçinin mədədə ağırlıq hissi yaratmır. Nahar vaxtına qədər aclıq hiss etməmək, eləcə də gün ərzində həddindən artıq kalori qəbul etməmək üçün səhərlər düzgün qidalanmaq vacibdir. Səhər sağalm qidalara üstünlük verdikdə gün boyu aclıq böhranları yaşamaqdan xilas olursunuz".