Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnfarkt və insult riskini azaldan məhsul hansıdır?

İnfarkt və insult riskini azaldan məhsul hansıdır?

Tarix: 31 Mart 2024 06:06

Böyük Britaniyanın Aberdin Universitetinin alimləri müəyyən ediblər ki, şokolad tromboz riskini azaltmağa kömək edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqatda müxtəlif cinslərdən olan 42 sağlam könüllü iştirak edib. Onlardan xüsusi olaraq kakao ekstraktı ilə zənginləşdirilmiş bir neçə ədəd tünd şokolad yemək tələb olunub. Daha sonra könüllülər trombositlərin, yəni laxtalanmaya məsul olan elementlərin fəaliyyətini qiymətləndirmək üçün alimlərə qan nümunələrini təqdim ediblər. Məlum olub ki, kişilər qara şokolad yedikdən sonra onlarda daha çox azot oksidi əmələ gəlir. Bu birləşmə qan damarlarını genişləndirir, orqan və toxumalara qan axınını asanlaşdırır.

Alimlər, həmçinin aşkar ediblər ki, tünd şokolad trombositlərin yığılmasının (bir-birinə yapışmasının) və qan damarlarında qan laxtalarının əmələ gəlməsinin qarşısını ala bilir. Bu, infarkt və insult riskini əhəmiyyətli dərəcədə azaldır.

Tədqiqatçılar bu faydalı təsirin kakaonun tərkibindəki bitki polifenollarının yüksək olması ilə bağlılığını irəli sürüblər. Bu birləşmələr antioksidant, iltihab əleyhinə və damar gücləndirici təsirlərə malikdir.

Milli.Az


Etiketlər:  İnfarkt insult riskini azaldan məhsul hansıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ