Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur dərmanla arıqlayan qadınlar hamilə qalırlar - Bu niyə baş verir?

Məşhur dərmanla arıqlayan qadınlar hamilə qalırlar - Bu niyə baş verir?

Tarix: 31 Mart 2024 22:42

"Ozempic" adlı dərman vasitəsi ilə arıqlayan qadınlar kütləvi şəkildə hamilə qalmağa başlayıblar. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, hollivud məşhurları da daxil olmaqla, bir çox insanın arıqlamaq üçün istifadə etdiyi diabet dərmanı "Ozempic" və onun analoqları daha bir əks təsir aşkar edib.

Arıqlamaq üçün istifadə edən qadınlar, hamilə qaldıqlarını və uşaq dünyaya gətirdiklərini bildirirlər. 

Bir çox qadın hamiləlik xəbərinin onlar üçün tamamilə sürpriz olduğunu etiraf edir. Reproduktiv tibb və piylənmə sahəsində həkimlər diabet dərmanları ilə çəki itirərkən qadınlarda məhsuldarlığın artması tendensiyası müşahidə etdiklərini bildirirlər.

Mütəxəssislər səbəblərdən biri kimi "Ozempic"in çəkiyə təsirini göstəriblər: əlavə funt arıqladıqda, piylənmə və metabolik pozğunluqların yaratdığı hormonal balans bərpa olunur.


Etiketlər:  Məşhur dərmanla arıqlayan qadınlar hamilə qalırlar niyə baş verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ