Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfqanıstanda köhnə mina partladı, 9 uşaq öldü

Əfqanıstanda köhnə mina partladı, 9 uşaq öldü

Tarix: 1 Aprel 2024 14:40

Əfqanıstanın şərqində uşaqlar tərəfindən tapılan köhnə minanın partlaması nəticəsində 9 uşaq həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Talibanın Qəzni vilayətindəki informasiya və mədəniyyət departamentinin direktoru Həmidullah Nisar bildirib ki, uşaqların Gero rayonundakı kənd yaxınlığında tapdıqları mina bir neçə on il əvvələ aiddir.

Onun sözlərinə görə, bazar günü baş verən partlayışda 5-10 yaşlarında beş oğlan və dörd qız həlak olub.

Milli.Az


Etiketlər:  Əfqanıstanda köhnə mina partladı 9 uşaq öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ