Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KTMT-dən Paşinyana cavab

KTMT-dən Paşinyana cavab

Tarix: 1 Aprel 2024 19:38

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yalnız Ermənistanın sərhədləri daxilindəki ərazini bu ölkənin suveren ərazisi kimi tanıyır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə KTMT məlumat yayıb.

"2010-cu ildə KTMT tərəfindən imzalanmış qarşılıqlı fəaliyyət prinsipləri haqqında sazişə uyğun olaraq, "məsuliyyət zonası" üzv dövlətlərin suveren ərazisidir. KTMT-nin məsuliyyət zonası dövlət sərhədinin keçdiyi yerdə bitir".

Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan bəyan etmişdi ki, əgər təşkilat "KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir" sualına cavab verməsə, İrəvan KTMT-dən çıxacaq.

Milli.Az


Etiketlər:  KTMT dən Paşinyana cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ