Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da bir nəfər şəxs 16 il həbs cəzasına məhkum edildi

ABŞ-da bir nəfər şəxs 16 il həbs cəzasına məhkum edildi

Tarix: 7 May 2019 08:32

Bakı. Trend:

ABŞ-da bir nəfər şəxs 16 il həbs cəzasına məhkum edildi.

Trend-in məlumatına görə, Çikaqo (İllinoys ştatı) Federal dairə məhkəmənin qərarı ilə həmin amerikalı bir şəxs ictimayi yerdə partlayıcı qurğunu işə salmaq cəhdində ittiham olunub.

ABŞ-ın FTB əməkdaşları 2012-ci ilin sentyabrında Adil Davudu saxlayıblar. Həmin vaxtda onun 18 yaşı var idi. A.Davud Çikaqo mərkəzindəki barların birinin girişində bombanı partlatmaq istəyib. İstintaq zamanı əldə edilən məlumata görə, o, hesab edirdi ki, partlayış yüzlərlə insanların ölümünə gətirib çıxaracaq.

2016-cı ildə məhkəmə A.Davudun ruhi xəstəliklərdən əziyyət çəkdiyini açıqladı. Daha sonra ona şizofreniya diaqnozu qoyuldu.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ nəfər şəxs həbs cəzasına məhkum edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ