Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2024 00:46
Azərbaycan və Ermənistan hakimiyyəti iki ölkə arasında sərhəddə gərginliyi artırmaqdan, eləcə də regiondakı vəziyyətlə bağlı sərt bəyanatlar verməkdən çəkinməlidir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Müdafiə Nazirliyinin son məlumatını şərh edərkən deyib.
"Qeyd etmək istərdim ki, AB-nin monitorinq missiyası dünən (31 mart) bəyan edib ki, Ermənistan-Azərbaycan sərhədi sabitdir, qoşunların və ya artilleriyanın qeyri-adi hərəkəti müşahidə olunmur. Biz sərhəddə ritorika və hərbi fəaliyyətə qarşı xəbərdarlıq edirik və edəcəyik. Biz bütün insanların hüquqlarına hörmət edilən, regionda ədalətli və ləyaqətli sülh üçün şəraitin yaradılmasına çağırmaqda davam edirik. Və siz bu kürsüdən məndən eşitdiyiniz kimi, bir çox hallarda davamlı sülhə nail olmağın yeganə yolu danışıqlardan keçir", - diplomat vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton həm Ermənistana, həm də Azərbaycana eskalasiyanın heç kimin maraqlarına cavab vermədiyini bildirməyə davam edəcək.
Qeyd edək ki, Ermənistan ordusunun sərhədə hücum silahları yerləşdirdiyini əks etdirən görüntüləri Azərbaycan MN yayıb.