Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna Ombudsmanı Mişa üçün Tiflisə müraciət etdi

Ukrayna Ombudsmanı Mişa üçün Tiflisə müraciət etdi

Tarix: 2 Aprel 2024 00:56

Ukrayna Ombudsmanı Dmitri Lubinets Gürcüstan parlamentinə Mixail Saakaşvilinin hüquqlarının müdafiəsinə icazə verilməsi xahişi ilə müraciət edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "NGnewsgeorgia" portalı məlumat yayıb.

"Mən öz adımdan və Ukrayna adından demək istərdim ki, Mixail Saakaşvili Ukrayna vətəndaşıdır və Ukraynanın yurisdiksiyasındadır, biz onun hüquqlarını qorumağa borcluyuq.

Mən dəfələrlə Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət etmişəm ki, Mixail Saakaşviliyə şəxsən baş çəkməyimə icazə verilsin. Gürcüstan parlamentinə də müraciət edirəm ki, Ukrayna vətəndaşı Mixail Saakaşvilinin hüquqlarını müdafiə etməyə icazə verilsin", - Lubinetsin müraciətində qeyd olunub.

Milli.Az


Etiketlər:  Ukrayna Ombudsmanı Mişa üçün Tiflisə müraciət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ