Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrailin İran konsulluğuna zərbəsində şok detal – FOTO

İsrailin İran konsulluğuna zərbəsində şok detal – FOTO

Tarix: 2 Aprel 2024 08:20

Xəbər verdiyimiz kimi, ötən gün İsrail aviasiyası Dəməşqdəki İran konsulluğunun binasına zərbə endirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, İranın Suriyadakı səfiri Hüseyn Əkbəri İsrailin F-35 qırıcılarından 5 raket atdığını və konsulluq binasının tamamilə darmadağın edildiyini bildirib.

Onun sözlərinə görə, iranlı diplomatlar ölüb, dəqiq nə qədər adamın öldüyü dağıntılar tam təmizləndikdən sonra bilinəcək.

SEPAH isə artıq iki generalının, 5 zabitinin öldüyünü təsdiqləyib.

İsrailin zərbəsi ilə bağlı olduqca ilginc məlumat isə İran səfirliyinin yerləşdiyi binadır. Belə ki, sonda təqdim etdiyimiz fotolardan və xəritədən də görünür ki, Dəməşqin qərbində yerləşən İran konsulluğu İran səfirliyi ilə Kanada səfirliyinin düz ortasındadır və demək olar ki, arasında məsafə yoxdur.

İsrail zərbə endirdiyi vaxt konsulluq ərazisində SEPAH-ın məşhur briqada generalı Zahidi və müavini, o cümlədən yüksək rütbəli zabitlər orada olub.

Belə məlum olur ki, İsrail dəqiq kəşfiyyat məlumatı ilə hərəkət edib, konsulluqda mühüm toplantı olduğunu bilib və iki səfirliyin arasında yerləşən konsulluq binasına ardıcıl 5 olduqca dəqiq zərbə endirib. Konsulluq binası məhv edilərkən İran səfirliyinin binasının şüşələri qırılsa, müəyyən xırda dağıntılar olsa da, Kanada səfirliyinin binasında hər hansı zərərlər barədə heç bir açıqlama yoxdur.

Bu isə o deməkdir ki, İsrail 5 raketin hamısını "nöqtə atışı" ilə icra edib və bir metr sapma da yoxdur. Eyni zamanda, zərbə istiqaməti elə seçilib ki, Kanada səfirliyi zədələnməsin.

Milli.Az


Etiketlər:  İsrailin İran konsulluğuna zərbəsində şok detal FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ