Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millət vəkili: Hakimlərə ən azı 10 min manat maaş verilməlidir

Millət vəkili: Hakimlərə ən azı 10 min manat maaş verilməlidir

Tarix: 19 Noyabr 2019 13:06

Bakı. Elçin Mehdiyev:

Məhkəmə süründürməçiliyi məhkəmə prosesində işlərin uzadılmasıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib.

O bildirib ki, hakimlərin tam müstəqilliyinə nail olmaq lazımdır: “Hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir. Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxsləri Məhkəmə-Hüquq Şurası necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır ”.

Deputat söyləyib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxılmalıdır: “Əgər hakimin evi yoxdursa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir. Hakimlərə ən azı 10 min manat maaş verilməlidir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Millət vəkili Hakimlərə azı manat maaş verilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ