Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sistan və Bəlucistanda 27 gənci qətlə yetirilib - SƏBƏB

Sistan və Bəlucistanda 27 gənci qətlə yetirilib - SƏBƏB

Tarix: 2 Aprel 2024 23:36

İranın ən yoxsul əyalətlərindən biri olan Sistan və Bəlucistanda gənclər pul qazanmaq müqabilində həyatlarını riskə atmağı gözə alırlar. 

Ölkədə baş verən iqtisadi böhran səbəbindən Sistan və Bəlucistanın gənc əhalisi yanacaq qaçaqmalçılığına yönəlirlər. 

Fəallar və insan haqları mediası hökumətin Sistan və Bəlucistan, eləcə də Kürdüstan kimi əyalətlərə qarşı qəsdən ayrı-seçkilik siyasətini yanacaq qaçaqmalçılığı fəaliyyətinin yayılmasına səbəb olduğunu bildirirlər.

Hökümətin etinasızlığı səbəbindən yanacaq qaçaqmalçılığı ilə məşğul olan insanların qarşısını almaq üçün isə İran hökuməti vəhşicəsinə tədbirlər görür. Belə ki, yanacaq qaçaqmalçılığı ilə məşğul olmağa məcbur qalan vətəndaşlara qarşı şiddətdən istifadə edilir, onlara qarşı odlu silahlardan atəş açılır.

Novruz bayramında 10 gün ərzində ümumilikdə 27 yanacaq qaçaqmalçısı İranın məmurları tərəfindən vəhşicəsinə qətlə yetirilib, daha 18 nəfər isə ağır yaralanıb. 

Qurbanlar 18-28 yaş arasındakı gənclərdən ibarətdir. Həmin şəxslər yanacağı yük maşınları vasitəsilə Pakistana keçirib, satmağa çalışacaqdılar.

2023-cü il ərzində pərakəndə və qanunsuz yanacaq satışı ilə məşğul olan ən azı 172 bəluç öldürülüb, 42 nəfər isə yaralanıb.

İllərdir ki, Amnesty İnternational kimi insan haqları təşkilatları regionda yanacaq satanlara qarşı ölümcül güc tətbiq edilməsi barədə məlumat verirlər.


Etiketlər:  Sistan Bəlucistanda gənci qətlə yetirilib SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ