Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2024 10:26
Ukraynanın keçmiş Prezidenti Petr Poroşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Poroşenko bu barədə "Əl Cəzirə" kanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün Ukraynanın hərbi əməliyyatlarda uğura nail olması zəruridir.
Eks-prezident, həmçinin qeyd edib ki, Ukrayna Avropa İttifaqına üzv olarsa o, Avropa Parlamentinə keçiriləcək seçkilərdə də namizədliyini irəli sürəcək.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-i keçirilməli idi, lakin ölkə rəhbərliyi hazırda qüvvədə olan hərbi vəziyyət və səfərbərliklə bağlı seçkiləri təxirə salmaq barədə qərar qəbul edib. Ukraynanın hazırkı lideri Volodimir Zelenskinin səlahiyyət müddəti mayın 21-də başa çatır.
Onu da xatırladaq ki, 58 yaşlı P.Poroşenko 2014-2019-cu illərdə Ukrayna prezidenti olub.