Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2024 11:12
"Neftçi"nin futbolçusu Azər Salahlının Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları matçdan sonra azarkeşlərlə mübahisə edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, zəif oyunlarına görə komandanı və futbolçunu özünü tənqid edən azarkeşlərə irad bildirib.
A.Salahlı tribunalara yaxınlaşaraq bunları deyib: "Mən nə edim?, tək nə edə bilərəm. Yanınızda ailəniz, uşaqlarınız var. Dediyiniz sözlərdən utanmırsınız?"
Qeyd edək ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən "Neftçi"- "Qarabağ" oyunu Ağdam təmsilçisinin 0:4 hesablı qələbəsi ilə başa çatıb.