Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çin ən yüksək həyəcan səviyyəsi ELAN ETDİ

Çin ən yüksək həyəcan səviyyəsi ELAN ETDİ

Tarix: 3 Aprel 2024 13:16

Çin Xalq Respublikasının (ÇXR) Təbii Sərvətlər Nazirliyi Tayvanın Hualien şəhəri yaxınlığında baş verən güclü zəlzələdən sonra sunami ilə əlaqədar verilən qırmızı, ən yüksək həyəcan səviyyəsi eıan edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə nazirlərin sunami xəbərdarlığı mərkəzi məlumat yayıb .

Qeyd edilib ki, zəlzələ onun episentri yaxınlığında yerli sunamiyə səbəb olub.

Çərşənbə günü səhər Tayvanda son 25 ilin ən güclü zəlzələsi baş verib. Yerli vaxtla saat 07:58-də (Moskva vaxtı ilə 02:58) Hualien qraflığında qeydə alınan 7,7 bal gücündə yeraltı təkanlar bütün Tayvanda hiss olunub. Adanın Mərkəzi Meteorologiya İdarəsinin rəhbəri Vu Jianfu Tayvanda baş verən zəlzələnin 21 sentyabr 1999-cu ildən bəri ən güclü zəlzələ olduğunu bildirib. Onun sözlərinə görə, təkanlar bütün Tayvanda, o cümlədən mərkəzi və şimal hissələrində hiss olunub.

Qeyd olunur ki, 25 il əvvəl Tayvanın Jiji şəhərində 7,3 bal gücündə zəlzələ baş verib. O zaman 11 mindən çox insan yaralanıb.

Milli.Az


Etiketlər:  Çin ən yüksək həyəcan səviyyəsi ELAN ETDİ


RƏYLƏR