Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkəmə ekspertlərinə ixtisas dərəcəsi veriləcək

Məhkəmə ekspertlərinə ixtisas dərəcəsi veriləcək

Tarix: 19 Noyabr 2019 14:00

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda məhkəmə ekspertlərinin fəaliyyəti ilə bağlı “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən, məhkəmə ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi veriləcək.

Bununla bağlı qanuna 11-2-ci maddə (Məhkəmə ekspertlərinin attestasiyası) əlavə edilir.

Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Məhkəmə ekspertlərinin fəaliyyətində bu yeniliklər olacaq:

"Qanuna edilən digər dəyişikliyə əsasən Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq. Yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edəcək. Reyestr müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək".

Qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Məhkəmə ekspertlərinə ixtisas dərəcəsi veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ