Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya pop ulduzlarından çağırış: “Musiqini süni intellektdən qoruyun”

Dünya pop ulduzlarından çağırış: “Musiqini süni intellektdən qoruyun”

Tarix: 4 Aprel 2024 06:10

ABŞ-nin Artistlərin Hüquqları Alyansı musiqidə neyroşəbəkələrin istifadəsinə qarşı çıxıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, musiqini süni intellektdən qorumaq xahişi ilə açıq məktub Billi Ayliş, Nikki Minaj, Keti Perri və Kamila Kabello da daxil olmaqla 200-ə yaxın musiqiçi tərəfindən imzalanıb.

Müraciət müəllifləri elektron musiqi yaradıcılarından neyroşəbəkələrdən az istifadə etməyi xahiş edirlər. Onlar bildirirlər ki, neyron şəbəkələrlə əldə edilən musiqi əsl sənətçilərin səslərinin rəqəmsal surətlərini yaradır və bu, müəllif hüquqları ilə bağlı problemlərdən yan keçmək üçün istifadə olunur.

Məktub müəllifləri əmin olduqlarını bildiriblər ki, süni intellekt vicdanla istifadə edildikdə, həqiqətən də musiqi müəlliflərinə öz səslərini zənginləşdirməyə kömək edə bilər.

Məktubu Con Bon Covi və Keyr Hadson kimi sənətçilər də imzalayıblar.


Etiketlər:  Dünya ulduzlarından çağırış Musiqini süni intellektdən qoruyun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ