Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2024 07:22
"ABŞ Çinin qarşısını almaq üçün tezliklə Asiyada orta mənzilli raketlər yerləşdirməyi planlaşdırır".
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Sakit okeandakı Quru Qoşunlarının komandanı, general Çarlz Flinn KİV-lərə müsahibəsində bildirib.
O əlavə edib ki, ABŞ-ın Çinin raket imkanlarının modernləşdirilməsinə qarşı çıxış yolunu tapmaq son dərəcə vacibdir.
"Biz Hind-Sakit okean regionunda müttəfiqlər və tərəfdaşlarla əməkdaşlıq etməyi və tezliklə bu cür raketləri regionda yerləşdirməyi planlaşdırırıq".
General silah növləri, yerləşdirilmə tarixləri və planlaşdırılan yerlər barədə konkret məlumat verməyib. Eyni zamanda, "Yomiuri" qəzet təklif edib ki, söhbət "Tomaqavk" qanadlı raketləri və SM-6 zenit raketlərini buraxmağa imkan verən "Typhon" buraxılış qurğularından gedir.
Əvvəllər, SSRİ ilə ABŞ arasında 1987-ci ildə imzalanmış Ortamənzilli Nüvə Qüvvələri haqqında Müqavilənin müddəalarına uyğun olaraq, Vaşinqton 500-dən 5500 km-ə qədər məsafədə yerüstü ballistik raketləri, qanadlı raketləri və raket buraxılış sistemlərini yerləşdirə bilməzdi.
Lakin ABŞ-ın keçmiş Pezidenti Donald Tramp 2019-cu ildə Rusiyanın müqaviləni pozduğunu əsas gətirərək sazişdən çıxıb.