Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İvan Tatar: “Azərbaycana daha böyük hesabla qalib gələ bilərdik”

İvan Tatar: “Azərbaycana daha böyük hesabla qalib gələ bilərdik”

Tarix: 4 Aprel 2024 11:02

"Biz bütün oyun ərzində dominantlıq edirdik. Topa rəqibdən daha çox nəzarət edirdik".

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu 19 yaşadək qızlardan ibarət Monteneqro millisinin baş məşqçisi İvan Tatar deyib.

O, AVRO-2025-in seçmə mərhələsinin Azərbaycanla oyunu barədə fikirlərini açıqlayıb: "Biz çox sayda vəziyyətlər yaratdıq. Rəqibə hətta qapımıza zərbə vurmaq imkanı da vermədik. Qələbəyə tam layiq idik. Amma Azərbaycanla matçda daha böyük hesabla qalib gələ bilərdik. Əsas odur ki, turnirə qələbə ilə, həm də zədəsiz başladıq. Çox soyuq havada, qar altında oynadığımızdan onların görüşü sağlam bitirməsi vacib idi. İndi bərpa olmalı və Latviya ilə görüşə hazırlaşmalıyıq".

Qeyd edək ki, Monteneqro millimizlə görüşdə 4:0 hesablı qələbə qazanıb.


Etiketlər:  İvan Tatar Azərbaycana daha böyük hesabla qalib gələ bilərdik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ