Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Hamı insandır, heç kim təhqir olunmaq istəmir" - Paşinyan

Tarix: 4 Aprel 2024 13:38

"Çox vaxt hökumətlər bir çox mövzuya toxunmur, bunun ictimai müqavimətlə, bəzi təhqiramiz ritorika ilə qarşılanacağını düşünürlər. Hamı insandır, heç kim təhqir olunmaq istəmir".

Milli.Az unikal-a istinadən xəbər verir ki,  bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında bildirib.

Onun sözlərinə görə, hökumət qərar qəbul etməyə hazır olmalıdır: "Təbii ki, o qərarlar ölkənin uzunmüddətli, orta və qısamüddətli maraqlarından irəli gələrək müzakirə edilməli, öyrənilməlidir. Biz qeyd etməliyik ki, bu, hökumətin işidir. Hamının hər zaman, hər yerdə alqışlarla qəbul edəcəyi işlər görmək istəsək, bu, olmayacaq. Bəlkə də səhnə fəaliyyəti ilə məşğul olmağa çalışmalısınız, baxmayaraq ki, bu da asan deyil, bəzən onları pomidor və yumurta ilə qəbul etmək təcrübəsi də var. Amma burada siyasi iradə, liderlik sınağı var. Siz rəhbərlik edə bilirsiniz, yoxsa yox?"

Milli.Az


Etiketlər:  Hamı insandır heç kim təhqir olunmaq istəmir Paşinyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ