Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden və Netanyahu arasında telefon danışığı baş tutub

Bayden və Netanyahu arasında telefon danışığı baş tutub

Tarix: 4 Aprel 2024 22:32

ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı tərəflər Qəzza zolağındakı vəziyyəti müzakirə edib.

"ABŞ lideri Qəzza zolağında humanitar işçilərə hücumların qəbuledilməzliyini vurğulayıb, eləcə də sözügedən bölgədə ümumi humanitar vəziyyətə diqqət çəkib", - məlumatda deyilir.

Co Bayden bildirib ki, İsrail mülki şəxslərə və humanitar işçilərə mümkün zərərin qarşısını almaq üçün konkret addımlar atmalıdır.

Milli.Az


Etiketlər:  Bayden Netanyahu arasında telefon danışığı baş tutub


RƏYLƏR