Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə iş adamı avtomobilində ölü tapıldı - FOTO

Türkiyədə iş adamı avtomobilində ölü tapıldı - FOTO

Tarix: 5 Aprel 2024 15:38

Türkiyənin Kocaeli vilayətinin Derince rayonunda iş adamı Reşat Mamik avtomobilində ölü tapılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Berrin küçəsində baş verib. Əldə edilən məlumata görə, tikinti podratçısı olan 53 yaşlı Reşat Mamik bölgə sakinləri tərəfindən evindən 50 metr aralıda, avtomobilində hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə tibbi, polis və xilasetmə qrupları cəlb edilib. Avtomobilin kilidlənmiş qapıları açılıb və təcili yardım maşınında iş adamına ürək masajı edilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Etiketlər:  Türkiyədə adamı avtomobilində ölü tapıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ