Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nyukasl "Qarabağ"ın futbolçusunu istəyir

Nyukasl

Tarix: 6 Aprel 2024 14:26

Daha bir futbolçu mövsümün sonunda "Qarabağ"dan ayrıla bilər.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, söhbət Andrey Lunyovdan gedir. Rusiyalı qolkiperlə "Nyukasl" yaxından maraqlanır. Bu məlumatı Britaniya mətbuatı yayıb.

Qapıçı hələ mövsümün əvvəlində də Premyer Liqa təmsilçisinin gündəmində olub. Lakin həmin vaxt Lunyov ehtiyat qolkiper olmaq istəmədiyindən, təklifi rədd etmişdi. "Sağsağanlar" onun "Qarabağ"dakı çıxışını diqqət mərkəzində saxlayıb. "Nyukasl" rəhbərliyi yayda azad agent statusu daşıyacaq Lunyova yenidən təklif göndərməyi planlaşdırır.

Milli.Az


Etiketlər:  Nyukasl Qarabağın futbolçusunu istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ