Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Narkotik aludəçisi olan model ailəsinin qaldığı evi də satdı

Narkotik aludəçisi olan model ailəsinin qaldığı evi də satdı

Tarix: 6 Aprel 2024 15:10

Xəbər verdiyimiz kimi, bir vaxtlar şou-biznesdə Təhminə adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimovanın anası övladının narkotik aludəçisi olduğunu açıqlayıb. Aparıcı Elgiz Əkbər qızı reabilitasiya mərkəzinə yerləşdirərək, müalicə almasına yardım edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl qız mərkəzdən qaçıb və keçmiş, narkotik aludəçisi olan həyat yoldaşının yanına gedib. "Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbər Rövşanənin ailəsinin qaldığı şəraitsiz evi də gizli satdığını açıqlayıb: 

"O, dünən yaşadıqları evi satıb. Bunların bir tək evləri var idi. Heç olmasa onlar başlarını o evə salmışdılar. Dünən qonşuları bizə xəbər verdilər ki, Təhminə evlərinə bir şəxsi gətirib və oranı satıb. Hazırda o evdə həmin insan yaşayır. Amma bəlli deyil, Təhminə o evi neçəyə satıb. Özü də pulu onlara bir iş adamı verib. 22 min manat vermişdi ki, ev alın yığışın".

Qeyd edək ki, bir neçə ay əvvəl Rövşanə Kərimovanın (Təhminə - red.) anası sözügedən verilişə çıxaraq qızının narkotikə qurşandığını və milyonluq evlərini satdığını, hazırda küçələrdə qaldıqlarını deyib. 

Milli.Az


Etiketlər:  Narkotik aludəçisi olan model ailəsinin qaldığı evi satdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ