Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oksana Livaç: “Stadnikə necə qalib gəlməyin üzərində işləmişdik, bu, alındı” - MÜSAHİBƏ

Oksana Livaç: “Stadnikə necə qalib gəlməyin üzərində işləmişdik, bu, alındı” - MÜSAHİBƏ

Tarix: 6 Aprel 2024 19:00

Güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin yarımfinalında Azərbaycan millisinin lideri Mariya Stadniki (50 kq) məğlub edən Oksana Livaç görüşdən sonra müsahibə verib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, ukraynalı güləşçi keçirdiyi brifinqdə titullu rəqibinə qalib gəlməsinin sirrini açıqlayıb.

- 0:2 hesabı ilə geridə olduğunuz görüşün son saniyələrində nə baş verdi?

- Hesabda fərq böyük deyildi. Son saniyələrdə qalib gəlmək üçün hücum etməyə cəhd etdim. Bu, alındı. Mənə elə gəlir ki, məndə enerji və istək daha çox idi.

- Mariya Stadnik Olimpiya oyunlarının 4 qat mükafatçısı, 2 qat dünya, 11 qat Avropa çempionudur...

- O, mənim kumirimdir. Kiçik yaşlarımdan Stadnikə baxırdım, onun kimi olmaq istəyirdim. Sonra onunla məşq etməyə başladım. Mariyaya qalib gəlmək çox çətin idi. Uzun müddət idi ki, ona uduzurdum. Çünki Stadnik çətin rəqib və əfsanəvi güləşçidir. Onunla mübarizə aparmaq mənim üçün böyük şərəf idi. Stadnikə qalib gəldiyim üçün çox xoşbəxtəm.

- Rəqibinizin son saniyələrdə belə səhv edəcəyini yəqin ki, gözləmirdiz.

- Ona necə qalib gəlməyin üzərində işləmişdik. Mariyanın nələrdə zəif olduğunu, taktiki gedişləri öyrənmişdim. Bütün bunlar alındı. Ona dəfələrlə uduzduğum üçün qalib gəlməyi çox istəyirdim. Bu mənim üçün çox vacib qələbədir.

- Qarşıda Dünya Olimpiya Təsnifat Turniri var. Stadnikə həmin yarışda nə arzulayardız?

- Düşünürəm ki, Mariya bunun öhdəsindən gələcək. Mütləq lisenziya qazanacaq və Paris-2024-ə gedəcək. İndi belə alındı ki, mən güclü oldum.

- Stadnikə dəfələrlə uduzmusuz. Bu qələbə hansı məğlubiyyətin revanşıdır?

- Bu, bütün məğlubiyyətlərin revanşıdır. Mariyaya mənimlə uzun müddət məşq etdiyi üçün minnətdaram. Mənə inkişaf üçün böyük motivasiya verib. Ona əfsanə kimi hörmətim var.

Milli.Az


Etiketlər:  Oksana Livaç Stadnikə necə qalib gəlməyin üzərində işləmişdik bu alındı MÜSAHİBƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ