Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xameneinin müşaviri: “İsrail səfirlikləri artıq təhlükəsiz deyil”

Xameneinin müşaviri: “İsrail səfirlikləri artıq təhlükəsiz deyil”

Tarix: 7 Aprel 2024 20:04

İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə endirdiyi zərbədən sonra dünyanın müxtəlif yerlərindəki İsrail səfirlikləri artıq təhlükəsiz deyil.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu sözləri İranın Ali Rəhbəri Seyid Əli Xameneinin baş hərbi müşaviri, general Yəhya Səfəvi deyib, bu barədə Tasnim məlumat yayıb.

"Konsulluğa hərbi hücum və Suriyanın dəvəti ilə qanuni olaraq orada olan İran müşavirlərinin ölümü beynəlxalq hüququn pozulmasıdır və artıq heç bir İsrail səfirliyi təhlükəsiz deyil", - Tasnim agentliyi onun sözlərini sitat gətirib.


Etiketlər:  Xameneinin müşaviri İsrail səfirlikləri artıq təhlükəsiz deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ