Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Osman Nurmaqomedov: Olimpiadada bir yox, bir neçə qızıl medal qazana bilərik

Osman Nurmaqomedov: Olimpiadada bir yox, bir neçə qızıl medal qazana bilərik

Tarix: 7 Aprel 2024 20:50

Olimpiadada bir yox, bir neçə qızıl medal qazana bilərik.

Milli.Az xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edən Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov (86 kq) jurnalistlərə açıqlamasında deyib.

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək olimpiadada iştirak hüququna yiyələnən 25 yaşlı idmançı doğma arenada qələbə qazandığı üçün sevincini gizlətməyib: "Azərbaycan mənim ikinci vətənimdir. Artıq 7-8 ildir burada yaşayıram. Bütün məşqçilərimə təşəkkürümü bildirirəm. Doğma meydanda qalib gəldiyim üçün çox şadam".

Güləşçi komanda yoldaşlarının da bu gün uğurlu çıxış etdiklərini söyləyib: "Komandamız bu gün 4 lisenziya qazanmaqla çox yaxşı formada olduğunu göstərdi. Qarşıda isə bizi olimpiada gözləyir. Artıq Parisdəki mötəbər yarışa hazırlaşacağıq".

O.Nurmaqomedov Fransada təşkil ediləcək olimpiadadakı əsas rəqibini də açıqlayıb: "Olimpiadada əsas rəqibim amerikalı David Teylordur. Mənim çəki dərəcəmdə çoxlu çempionlar var, amma qalib olmaq istəyirəm. İstənilən rəqibə qalib gəlmək mümkündür".

Milli.Az


Etiketlər:  Osman Nurmaqomedov Olimpiadada bir yox bir neçə qızıl medal qazana bilərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ