Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2024 23:46
"Fənərbağça" Türkiyə Superkubokunda "Qalatasaray"la keçirilən oyunun 3-cü dəqiqəsində meydanı tərk edib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, Şanlıurfada keçirilən görüşə U-19 komandasının futbolçuları ilə çıxan İstanbul təmsilçisi qarşılaşmanı davam etdirməkdən imtina edib.
Buna qədər "Qalatasaray" Mauro İkardinin 1-ci dəqiqədə vurduğu qolla hesabı açmışdı.
"Fənərbağça"nın bu qərarı qarşılaşmanın yarımçıq dayandırılmasına səbəb olub. Bununla bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacaq.
"Fənərbağça"ya texniki məğlubiyyətin verilməsi və "Qalatasaray"ın Superkubokun qalibi elan olunması gözlənilir.