Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2024 18:00
Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərdən biri sayılan Stanislav Çerçesovun mümkün təyinatına münasibəti bəlli olub.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu 60 yaşlı rusiyalı mütəxəssisin özü açıqlayıb.
O bildirib ki, ölkəsindən kənarda çalışmaq istəmir: "Xaricdən zənglər, mesajlar gəlir ki, görüşmək, danışmaq lazımdır. Amma indiki, sakit olmayan dövrdə hardasa işləmək istəmirəm. Öz ölkəmdə çalışmaq, faydalı olmaq istəyirəm. Amma hazırda bu mövzuda ciddi söhbət yoxdur".
Qeyd edək ki, Çerçesovun Azərbaycan millisinin baş məşqçisi postuna üç namizəddən biri olduğu iddia olunur.