Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mourinyo artıq məşqçilik edə bilmir"

Tarix: 8 Aprel 2024 19:06

"Roma"nın və İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano Joze Mourinyo barədə danışıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, yanvarda Roma klubundan qovulan portuqaliyalı mütəxəssisi tənqid edib və komandanın hazırkı baş məşqçisi Daniele De Rossini tərifləyib:

"Mourinyo baş məşqçi kimi fəaliyyətini tamamlayıb. O, artıq məşqçilik edə bilmir. 10 il əvvəl etdiyi hər şeyi edir.

De Rossi isə futbolçularda güclü komanda olduqlarına inam yaratdı. O, əla iş görür. Bu, həmişə onun taleyi olub",

Qeyd edək ki, Hazırda "Roma" A Seriyasının turnir cədvəlində 5-ci yerdədir. "Canavarlar" Çempionlar Liqasına vəsiqə verən 4-cü yerdə qərarlaşan "Bolonya"dan 3 xal geri qalır.

Milli.Az


Etiketlər:  Mourinyo artıq məşqçilik edə bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ