Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2024 22:50
Rəfahda hərbi əməliyyata başlamaq üçün tarix artıq müəyyənləşib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.
"Bu gün mən Qahirədə aparılan danışıqlarla bağlı ətraflı hesabat aldım. Biz daim öz məqsədlərimizə nail olmaq üçün çalışırıq - ilk növbədə bütün girovlarımızı azad etmək və HƏMAS üzərində tam qələbəyə nail olmaq. Bu qələbə üçün Rəfaha daxil olmaq və oradakı terrorçu batalyonları məhv etmək lazımdır. Bu baş verəcək, bir tarix var", - baş nazir söyləyib.
Netanyahu əməliyyatın konkret tarixini açıqlamayıb.