Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransada naməlum şəxslər məscidi atəşə tutdu

Fransada naməlum şəxslər məscidi  atəşə tutdu

Tarix: 9 Aprel 2024 17:00

Fransanın şimalındakı Şerbur şəhərində naməlum şəxslər məscidi atəşə tutublar.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "France Bleu" radiostansiyası məlumat yayıb.

Aprelin 8-də axşam saatlarında polis məscidin fasadında güllə izləri, yaxınlıqda isə naməlum çaplı gilizlər tapıblar. Məscidin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Manş departamentinin prefekturası Ramazan bayramı ərəfəsində hüquq-mühafizə orqanlarının əməkdaşlarının "tam hazırlığına" işarə edərək, şəhərin müsəlman icmasına dəstəyini ifadə edib.

Xatırladaq ki, mart ayında Fransa Daxili İşlər Nazirliyi 2023-cü ildə Fransada irqçilik, ksenofobiya və dini nifrət zəminində törədilən cinayətlərin sayının 32 faiz artdığı barədə məlumat verib. Bu ölkənin daxili işlər naziri Gerald Darmanen qeyd edib ki, 2023-cü ildə Fransada müsəlmanlara qarşı hücumlar əvvəlki illə müqayisədə 30 faiz çox olub.

Milli.Az


Etiketlər:  Fransada naməlum şəxslər məscidi atəşə tutdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ