Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyan: Tarixi Ermənistanla hazırkı Ermənistan biri-birinə təhdid yaradır

Paşinyan: Tarixi Ermənistanla hazırkı Ermənistan biri-birinə  təhdid yaradır

Tarix: 10 Aprel 2024 11:08

"Tarixi Ermənistan hazırkı Ermənistanın ərazi bütövlüyünü tanımır, tarixi Ermənistan və hazırkı Ermənistan nəinki bir-birinə uyğun gəlmir, həm də tez-tez bir-biri ilə ziddiyyət təşkil edir və hətta biri digəri üçün ciddi təhlükələr yaradır".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Milli Assambleyada hökumətin 2023-cü il üçün planının yekunlarına dair hesabatın müzakirəsi zamanı deyib.

"Biz diqqətimizi hazırkı Ermənistanın maraqlarına xidmət etməyə yönəltməliyik, əks halda xarici təhlükəsizlik çağırışlarını həll etmək şansımız olmayacaq. Real Ermənistan beynəlxalq miqyasda 29 min 743 kvadrat kilometr ərazisi ilə tanınan ölkədir", - Ermənistan Baş naziri vurğulayıb.

Milli.Az


Etiketlər:  Paşinyan Tarixi Ermənistanla hazırkı Ermənistan biri birinə təhdid yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ