Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bunu qadağan edən mən deyildim”

“Bunu qadağan edən mən deyildim”

Tarix: 10 Aprel 2024 16:52

"Qarabağ ermənilərinin Avropa platformalarında Azərbaycanla dialoq başlamaq imkanı var idi, lakin onlara qadağa qoyulduğu üçün bunu etmədilər".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

"Və bunu qadağan edən mən deyildim. Mən bunu bacarmazdım və istəməzdim",- Paşinyan vurğulayıb. 

Hökumət başçısı Bakı ilə dialoq aparmağı konkret kimin qadağan etməsini açıqlamayıb.

Paşinyan, həmçinin hesab edir ki, Qarabağdakı bəzi dairələr mövcud vəziyyətə adekvat reaksiya verə bilməyiblər.

Milli.Az


Etiketlər:  Bunu qadağan edən mən deyildim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ