Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov Belarusa getdi

Ceyhun Bayramov Belarusa getdi

Tarix: 11 Aprel 2024 12:30

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Belarusa getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ