Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəxtiyar Həsənalızadənin baş məşqçisi istefa verdi

Bəxtiyar Həsənalızadənin baş məşqçisi istefa verdi

Tarix: 12 Aprel 2024 13:14

Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin şərəfini qoruduğu Türkiyə 1-ci Liqa təmsilçisi "Tuzlaspor" baş məşqçisiz qalıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, klubun çalışdırıcısı Bekir İrtegün tutduğu postdan istefa verib.

Son 2 oyunda uduzmayan İstanbul təmsilçisi hesabat turunda səfərdə "Giresunspor"u 3:0 hesabı ilə məğlub edib. Onlar 30-cu turda "Göztəpə"ni qəbul edəcək.

Qeyd edək ki, "Tuzlaspor" 29 turdan sonra turnir cədvəlində 31 xalla 15-cidir.

Milli.Az


Etiketlər:  Bəxtiyar Həsənalızadənin baş məşqçisi istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ