Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“O sözdən sonra ayaqyoluna keçib çoxlu ağladım” - VİDEO - FOTO

“O sözdən sonra ayaqyoluna keçib çoxlu ağladım” - VİDEO - FOTO

Tarix: 12 Aprel 2024 14:25

Aktrisa Zarina Qurbanova stilist Anar Ağakişiyevlə bağlı maraqlı xatirəsini bölüşüb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə elə Anarın öz verilişi "Dəyişən cavab"da danışıb.  Zarina deyib ki, illər əvvəl çəkilişlərin birində Anar onu acılayıb:

"Mən gəlmək istəmirdim. Bu tip verilişləri sevmirəm. Özüm haqda nələrisə danışmaqdan, travmalarımı oyatmaqdan qorxuram. Amma gəldim, səbəbim də var. Sizin adınızı eşitdiyim üçün gəldim. Yadınızda olmaz, 17 il əvvəl mən 17 yaşımda ilk dəfə hansısa reklam çarxına təsdiqlənmişdim. Birinci kursda oxuyurdum. Orada sadəcə barmaqlarım düşəcəkdi. Çox həvəsli idim, aktrisa olmaq istəyirdim. Sizi də orada görməyimə çox sevinirdim ki, bu insanlara bir yerdəyəm. Fikirləşirdim ki, məni bəzəyəcəksiniz, əslində ehtiyac yox idi, bir barmağım görünəcəkdi. 

Həvəslə otağa girdim, dedim ki, Anar bəy, mənə tonal krem verərsiniz, barmaqlarıma çəkim, qəşəng görünsün. Mən də sizi çox istəyirəm, duyğusal biri kimi bilirəm. Əslində məşğul idiniz. Söylədiniz ki, ay xanım, ay qızım, çıx çölə, görmürsən var. Baş rol aktrisasını bəzəyirəm. Mən onda gedib ayaq yolunda çox ağladım. Dedim ki, vaxt olacaq mən sizin verilişinizə gələcəyəm. Yəni siz makiyaj ustasısınız, bu tip verilişinizin olacağı 17 il əvvəl ağlımıza gəlməzdi. Amma dedim, bir vaxt olacaq ki, siz məndən müsahibə alıb, məni bəzəyəcəksiniz. Zəng gələndə dedilər, Anar bəyin verilişidir. Qəbul etdim ki, o anı yaşayım".

Milli.Az


Etiketlər:  O sözdən sonra ayaqyoluna keçib çoxlu ağladım VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ