Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızılın qiyməti rekord vurub

Qızılın qiyməti rekord vurub

Tarix: 12 Aprel 2024 17:24

Nyu-York birjasında ticarət zamanı qızılın qiyməti növbəti dəfə tarixi maksimumunu yeniləyib.

Sonxeber.net xəbər verir ki, səhər saatlarında qızılın unsiyası 2403 dollara (+1,28%) satılıb.

Bundan əvvəl ticarət zamanı qızılın qiyməti 1 troy unsiyası üçün 2412,7 dollar olub. Aprelin 3-də qiymətli metalın qiyməti ilk dəfə olaraq 2,3 min dolları ötüb.

Birjada gümüşün qiyməti isə 1 unsiya üçün 28,92 dollara kimi bahalaşıb.


Etiketlər:  Qızılın qiyməti rekord vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ