Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi daha bir beynəlxalq mükafat üçün yarışır

Messi daha bir beynəlxalq mükafat üçün yarışır

Tarix: 12 Aprel 2024 19:40

Lionel Messi daha bir mükafat ala bilər. Argentinalı dünyanın ən yaxşı idmançısına təqdim edilən Laureus Dünya İdman Mükafatına namizədlər sırasındadır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Laureus Dünya İdman Mükafatı 2000-ci ildən verilir.

İlk laureat 2001-ci ildə qalib gələn qolfçu Tayqer Vuds olub. Qolfçu Andre Aqassi, Moris Qrin, Mixael Şumaxer və başqalarını keçib.

Hazırda ən çox qələbə qazanan Rocer Federerdir. Əfsanəvi tennisçi mükafatı beş dəfə alıb.

Lakin Lionel Messi tezliklə isveçrəlilərə yaxınlaşa bilər. İndiyədək argentinalı iki dəfə qalib gəlsə də, yenidən namizədlər siyahısındadır.

"İnter Mayami"nin oyunçusundan başqa, daha bir futbolçu - "Mançester Siti"nin hücumçusu Erlinq Holland da mükafata layiq görülüb. Siyahını Maks Verstappen, Noah Layls, Armand Duplantis və Novak Cokoviç tamamlayır.

Laureus Dünya İdman Mükafatı 2024-ün təqdimetmə mərasimi aprelin 22-nə planlaşdırılıb. Təntənəli tədbir Madriddə keçiriləcək.

Milli.Az


Etiketlər:  Messi daha bir beynəlxalq mükafat üçün yarışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ