Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə silahlı hücum - Ölən və yaralananlar var

Türkiyədə silahlı hücum - Ölən və yaralananlar var

Tarix: 13 Aprel 2024 23:10

İstanbulun Beyoğlu məhəlləsində silahlı hücum olub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd edilib ki, insident nəticəsində 1 nəfər ölüb, 1-i ağır olmaqla 4 nəfər yaralanıb.

Belə ki, 3 şübhəli şəxs silahla atəş açıb. 20 yaşlarında olduğu müəyyən edilən şübhəlilər daha sonra hadisə yerindən qaçıblar.

Əraziyə polis və tibb qrupları göndərilib. Yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralılardan biri müdaxilələrə baxmayaraq vəfat edib.

Milli.Az


Etiketlər:  Türkiyədə silahlı hücum Ölən yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ