Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2024 09:33
----------
03:01
Məşhur türkiyəli jurnalist İranı trollayıb:
"SEPAH-dan soruşun görün ballistik raketlərin axırı nə oldu? Yatmaq istəyirəm, daha çox gözləyə bilmirəm".
----------
02:55
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri: İsrailin İran tərəfindən qəddar hücuma məruz qaldığı bir vaxtda Amerika ən mühüm müttəfiqimizi dəstəkləməkdə tam qətiyyətini nümayiş etdirməlidir. Dünya əmin olmalıdır ki, İsrail tək deyil.
----------
02:46
Bəzi siyasi şərhçilər hesab edir ki, bu bağlı qapılar arxasında razılaşdırılan "qisas" əməliyyatı idi. ABŞ diplomatik kanallarla rəsmi Tehrana ismarıc göndərərək İrandan ölçülü zərbələr endirməsini istəyib və istək təxminən belə ifadə olunub: "Elə əməliyyat keçir ki, mənim müdaxiləmə ehtiyac qalmasın".
İran da həm daxildəki təzyiqi yatırmaq, həm də beynəlxalq nüfuzunu bərpa etmək məqsədi ilə belə bir "cavab" həmləsi həyata keçirdi.
Nəticədə həm bir növ sui-qəsd nəticəsində öldürülən generallarının qisasını almış görüntüsü yaratdı, həm daxildəki təzyiqə su səpdi, əhalidə ruh yüksəkliyi yaratdı, həm də beynəlxalq arenada İsrailə cavab vermiş oldu. Əvəzində isə yenə bir prinsipinə sadiq qaldı:
İsrailin "Tehranı birbaşa müharibəyə çəkmək" niyyəti yenə puç oldu
----------
02:45
"İzvestiya"nın İsraildəki müxbiri Proxor Dorenko bildirib ki, PUA səslərinə bənzər səslər istisna olmaqla, Təl-Əvivdə vəziyyət sakitdir.
Yerli sakinlərin sözlərinə görə, bunlar vaxtaşırı kəşfiyyat missiyaları həyata keçirən İsrail pilotsuz təyyarələridir.
----------
02:44
İsrail HHM-ləri Yəmən üzərindən göndərilən dronları da Qırmızı dəniz üzərində vurub zərərsizləşdirdi
----------
02:43
İsrail ordusu İrandan İsrailə raket atdığını təsdiqləyib, əhalini Arxa Cəbhə Komandanlığının göstərişlərinə əməl etməyə çağırıb.
----------
02:41
İranın BMT-dəki səfiri İsrailə cavab məsələsinin həll olunduğunu bildirib
İrəvani bildirib ki, İsrailə hücum "BMT Nizamnaməsinin 51-ci maddəsinə (özünümüdafiə məqsədi ilə hücum) uyğun olaraq həyata keçirilib. O əlavə edib ki, "məsələ həll olunub, lakin İsrail rejimi növbəti səhvə yol verərsə, İranın reaksiyası daha güclü olacaq. Bu, İran və İsrail rejimi arasında münaqişədir, ABŞ məsafə saxlamalıdır"
----------
02:38
İran İsrailə hücuma son verdiyini açıqlayıb
----------
02:37
İordaniya hökumətinin sözçüsü Mubaydin bildirib ki, ölkədə fövqəladə vəziyyət xəbərləri həqiqəti əks etdirmir.
----------
02:35
ABŞ qırıcıları İsrailə tərəf uçan bir neçə PUA zərərsizləşdirib - ABC kanalı
----------
02:34
İran İnqilab Keşikçiləri Korpusu: "Hücumumuz yaxşı nəticə verəcək. İsrail növbəti dəfə səhv etsə, mübarizəmiz daha şiddətli olacaq."
----------
02:27
Aİ-nin ali nümayəndəsi Josep Borrell: "Aİ İranın İsrailə qarşı qəbuledilməz hücumunu kəskin şəkildə pisləyir.Bu görünməmiş gərginlik regional təhlükəsizliyə ciddi təhdiddir".
----------
02:24
İran hökuməti İordaniyanın da addımlarını diqqətlə izlədiklərini, əgər İrana qarşı təhdid olarsa, İordaniyaya da zərbə vurula biləcəyini bildirib.
----------
02:23
Hazırda İsrail HHM-nin bütün hava hücumlarını uğurla dəf etdiyi, hər hansı tələfatın olmadığı deyilir
----------
02:21
İranın BMT-dəki missiyası İsrailə hücumla bağlı: "Bu, Tehran və Təl-Əviv arasında münaqişədir, ABŞ uzaq durmalıdır".
----------
02:17
İsrail rəsmiləri İranın İsrail istiqamətində heç bir ballistik raket atmadığını bildirib.
----------
02:16
Türkiyə KİV: "Türkiyə tərəfi NATO ölkələrinə bildirib ki, İrana müdaxilə üçün öz ərazisindən istifadəyə imkan verməyəcək".
----------
02:13
ABŞ Qətər vasitəsilə İrandan İsrailə hücumunu dərhal dayandırmasını xahiş edib.
----------
02:12
SEPAH-a bağlı rəsmi kanallar yeni görüntülər yayır.
Deyəsən, İran yeni dron hücumu dalğasına başlayacaq
----------
02:10
CNN: Bu, dünyanın ən böyük dron hücumudur.
----------
02:08
"New York Times": "Onlarla İsrail təyyarəsi havadadır". Bildirilib ki, onlar İran təyyarələrini vurmağa hazırdır.
----------
02:05
Mülki təyyarələr İran səmasından yan keçməyə başlayıb. Azərbaycan səmasında indi daha çox təyyarə var.
----------
02:03
"Al Mayadeen" İranın hipersəs raketlərinin buraxılması barədə məlumat yayıb.
----------
02:02
İranın İRNA xəbər agentliyi İsrailə qarşı ballistik raketlərin buraxılmasınə təsdiqlədi
----------
01:56
ABŞ Prezidenti Cozef Bayden Administrasiyası İrana qarşı böyük hücuma hazırlaşır.
Bu barədə NBC televiziyası amerikalı rəsmilərə istinadən xəbər yayıb.
Qeyd edilir ki, bu, İranın İsrailin dövlət obyektlərini hədəf almasına cavabdır.
----------
01:53
Suriya prezidenti Bəşər Əsəd orduya İsrail sərhədinə doğru hərəkət etməyi əmr etdi.
----------
01:49
Bu gərginlikdə Donald Tramp: "İsrail hücuma məruz qalır. Bunun baş verməsinə imkan verilməməli idi. Əgər mən prezident olsaydım, bu heç vaxt baş verməzdi".
----------
01:49
İran mediası balistik raketlərin İsrailə 11-12 dəqiqəyə çatacaqlarını iddia edir.
----------
01:48
Fransa İranın hücumları fonunda İsrailin yanında olduğunu açıqlayıb.
----------
01:47
İsrail ordusu İrana hücum planlaşdırmağa başlayıb.
----------
01:42
İranın müdafiə naziri: İsrailə hücum üçün şərait yaradan ölkələrə cavab veriləcək.
----------
01:41
İran İsrailə hücumu "Doğru vəd" əməliyyatı adlandırıb
----------
01:39
İranın İsrailə qarşı ballistik raketlərlə hücumu başlayıb
----------
01:31
İsrail mediası: "İsrailin yəqin ki, bir daha gəlməyəcək fürsəti var - ABŞ-la birlikdə terror oxunun başçısı İrana hücum etmək".
----------
01:30
İranın müdafiə naziri Məhəmmədrza Aştiani deyib: "İrana hücum etmək üçün öz hava məkanını və ya ərazisini İsrailə açan hər kəsə cavab zərbələri endirəcəyik".
İranın rəsmi mediasımın yaydığı məlumatda bildirilir ki, indiyə qədər mətbuatda və hərbi və təhlükəsizlik xəbər kanallarında dərc olunan xəbərlərə görə, hücumun ilk mərhələsində 100-dən çox Şahid 136 tipli dron İsrail ərazisinə göndərilib.
Dronların İsrail ərazisinə girməsinə təxminən 8 saatlıq məsafədə olduğu bildirilir. Bu mərhələdən sonra raketlər proqnozlaşdırıldığı kimi atılacaq.
----------
01:28
İranda yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb.
----------
01:27
Yaxın Şərqin səmaları tədricən bağlanır.
Hazırda havada ABŞ, İsrail və İngiltərə Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi var.
ABŞ-ın yüksək rütbəli rəsmisi ABC News-a bildirib ki, ordu İraq, Suriya, Livanın cənubu və Yəməndən İsrailə 400-500 pilotsuz təyyarə və raket atılacağını gözləyir.
----------
01:24
Britaniya qırıcıları İran PUA-larına qarşı əməliyyata başlayıb.
----------
01:23
Amerikalı jurnalistlər Co Baydenin Ağ Evə gəldiyini bildirirlər.
----------
01:22
Hava bazaları, aerodromlar, dəniz bazaları, Netanyahunun iqamətgahı: İranın İsraildəki hədəflərinin siyahısı.
----------
01:21
PUA-ların üçüncü partiyasının bir hissəsi Suriya üzərində zərərsizləşdirilib. - İsrail KİV
----------
01:19
ABŞ-ın yüksək rütbəli rəsmisi ABC News-a bildirib ki, İraq, Suriya, Livanın cənubu və Yəmənin husilərin nəzarətindəki bölgələrindən İsrailə 400-500 pilotsuz təyyarə və raket atılacaq, lakin əsas hissəsi İrandan atılacaq.
----------
01:18
İsrailin baş naziri Binyamin Netanyahu təcili Təhlükəsizlik iclasın çağırıb.
Şəkildən aydın olur ki, İsrail komandanlığı tam təhlükəsiz bir bunkerdədir.
----------
01:17
Küveyt də öz hava məkanını tamamilə bağlayıb.
----------
01:16
İran hücumu üç mərhələdən ibarətdir:
1. İrandan PUA-nın buraxılışı.
2. İsrailin hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinə mane olmaq üçün Axis ölkələrindən: Suriya, Livan və İraqdan pilotsuz təyyarələrin və raketlərin buraxılması.
3. Qanadlı və ballistik raketlərin buraxılması
İordaniya öz hava məkanını İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri üçün açıb.
Amerika təyyarələri ilə birlikdə İranın pilotsuz təyyarələrinin qarşısını alırlar.
----------
01:15
İordaniyanın Hava Hücumundan Müdafiə Qüvvələri hava məkanını pozan istənilən İran pilotsuz uçuş aparatı və ya təyyarəsini ələ keçirməyə, vurmağa hazır olduğunu bildirib.
----------
01:09
İranın paytaxtı Tehranda güclü partlayış baş verib.
----------
01:08
İsrail İordaniya və Suriya üzərində İranın PUA-larını zərərsizləşdirməyə başlayıb.
----------
01:06
İordaniya öz hava məkanını İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri üçün açıb.
----------
01:05
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır.
----------
01:04
İsrail mediası:"ABŞ kəşfiyyatındakı mənbənin sözlərinə görə, İrandan raketlər buraxıldıqda pilotsuz təyyarələr diqqəti yayındıra bilər"
----------
01:03
İranın Müdafiə Nazirliyi X sosial şəbəkəsindəki səhifəsində qələbənin başlanğıcı ilə bağlı sözləri ehtiva edən Qurandan sitat yerləşdirib.
----------
01:02
Təl-Əvivdə raket sığınacaqları açılıb.
----------
01:00
İranın Həmədan şəhərindən raket buraxılışı ilə bağlı xəbərlər var.
Kiprdəki Britaniya Hava Qüvvələrinə məxsus qüvvələr qırmızı koda keçdi.
----------
00:59
İranın Azərbaycandakı səfiri "şər rejimin cəzası" başlıqlı paylaşım edib
----------
00:58
SEPAH: "İsrailin Dəməşqdəki İran səfirliyinin konsulluq binasına hücumuna cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusunun hava qüvvələri onlarla pilotsuz təyyarə və raketlə sionist rejim ərazilərindəki konkret hədəflərə hücum edib".
----------
00:56
Artıq İrandan İsrailə 3-cü dalğa dronlar göndərilib. Dronların sayı artıq yüzlərlə ölçülür.
----------
00:55
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing KC-135R Stratotanker təyyarəsi İranın İsrailə hücumu zamanı İraqın cənubu üzərində uçarkən bortda fövqəladə vəziyyət elan edib.
----------
00:54
İordaniya fövqəladə vəziyyət elan edib
----------
00:53
İsrail ordusu Livan ərazisinə cavab hücumu həyata keçirib. Livanda fövqəladə vəziyyət elan olunur.
----------
00:52
İsrail İran ərazisinə cavab zərbəsi endirmək niyyətini açıqladı.
----------
00:51
İrandan üçüncü dron dəstəsi buraxılıb.
İranın Fars agentliyi yazır ki, İran PUA-nın buraxılmasını təsdiqləyib və tezliklə İsrailə raket zərbəsi endirəcəyini elan edib: Dəməşqdə insanlarımızın öldürülməsinə cavab olaraq, SEPAH qüvvələri İsraildəki xüsusi hədəflərə PUA və raket zərbələri endirib".
Kan radiosu xəbər verir ki, İrandan buraxılan pilotsuz təyyarələrin aprelin 14-ü saat 02:30-dan 05:00-a qədər İsrailə çatması gözlənilir.
----------
00:47
ABŞ Ordusu Mərkəzi Komandanlığının rəhbəri İsraili tərk edib.
----------
00:46
İsrail qırıcıları İranın həmləsinə cavab olaraq havaya qalxıb.
----------
00:45
Təkcə İrandan deyil, bəzi qonşu ölkələrdən də İsrailə PUA-lar göndərilib.
İordaniya hava məkanına daxil olan İHA-ları vuracağını bildirib.
----------
00:44
"Al Arabiya" xəbər verir ki, İrandan İsrail istiqamətində buraxılan pilotsuz təyyarələr İordaniya hava məkanını keçib.
----------
00:43
Ağ Ev: "Yəqin ki, İsrailə hücum bir neçə saat davam edəcək"
----------
00:42
"Türk Hava Yolları" və "Pegasus" İran, Özbəkistan və İordaniyaya bir sıra reysləri ləğv edib.
----------
00:41
İsrailin Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, onlarla təyyarə səmada, ABŞ ilə sıx koordinasiyadadır. İlkin məlumata görə, İran İsrailə doğru 50 PUA buraxıb.
----------
00:40
ABŞ Prezidenti Bayden Milli Təhlükəsizlik Şurasının üzvləri ilə Yaxın Şərqdəki vəziyyətlə bağlı məsləhətləşmələr aparacaq.
Bu arada ABŞ "USS Dwight Eisenhower" nüvə təyyarədaşıyıcısını İsrailə doğru aparır. Təyyarədaşıyan gəmidə 90 təyyarə və helikopter, raket silahları, hava hücumundan müdafiə sistemləri və s. var.
----------
00:39
İsrailin Müdafiə Ordusu (SAXAL) Daxili Cəbhə Komandanlığının təlimatlarında dəyişikliklər edildiyini və aprelin 14-dən başlayaraq ölkədəki təhsil müəssisələrində yaxın günlər üçün bütün dərslərin ləğv ediləcəyini açıqlayıb.
"Vəziyyətin qiymətləndirilməsinin nəticələrinə əsasən, İsrail ərazisində təhsil sferasının fəaliyyətinin qadağan edilməsi qərara alınıb", - deyə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail Müdafiə naziri Yoav Qallant bildirib ki, İsrail İran təhlükəsinə qarşı havada, quruda və dənizdə yeni imkanlar tətbiq edir və təhlükəsizliyi gücləndirir.
----------
00:37
KİV yazır ki, İsrailin vurulmasına Yəmən də qoşulub. Husilər də İsrail istiqamətinə PUA-lar göndərib
Politico yazır ki, İran təkcə PUA deyil, raketlərlə də zərbə endirəcək.
Hayfa şəhərində fövqəladə vəziyət elan edildiyi bildirilir.
----------
00:33
İran İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum edib.
Sonxeber.net bildirir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.
KAN radiosu isə daha əvvəl bildirib ki, İran İsrailə pilotsuz təyyarə ilə zərbə endirib.
Eləcə də "Al Jazeera" ABŞ administrasiyasının nümayəndəsinə istinadən xəbər vermişdi ki, İran aprelin 14-də səhər saatlarında İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edə bilər.
İsrailin Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, onlarla təyyarə səmada, ABŞ ilə sıx koordinasiyadadır.
Hazırda İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir.
İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundakı Meysan və Nasiriyə əyalətlərindən İsrail ərazisi istiqamətində keçib.
"The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib.
KAN radiosu isə bildirib ki, İran İsrailə pilotsuz təyyarə ilə zərbə endirib.
İsrailin Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri hazır vəziyyətə gətirilib, onlarla təyyarə səmada, ABŞ ilə sıx koordinasiyadadır.
İsrailin Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari jurnalistlər üçün brifinqdə "bu həftə orduda vəziyyətin qiymətləndirildiyini və İran tərəfindən hücuma hazırlıq planlarının təsdiqləndiyini" deyib.
"İsrail hərbi hava qüvvələrinin müdafiə və hücum sistemləri hazır vəziyyətə gətirilib, göydə onlarla hazır təyyarə var. Strateji tərəfdaşlarımızla, ilk növbədə ABŞ ilə vəziyyəti qiymətləndiririk və onlarla sıx koordinasiyanı dəstəkləyirik", - o deyib.
Bu arada İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb.
İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlara qadağa səlahiyyətlilərə əlavə xəbərdarlıq edilənədək" tətbiq olunub.
İsrail uzun illərdir ki, İrandan birbaşa hücum ehtimalına hazırlaşır və həm müdafiə, həm də hücumda hadisələrin istənilən inkişafına hazırdır.
Bu açıqlama ilə İsrailin Baş naziri Binyamin Netanyahu çıxış edib.
"Son illər və hətta son həftələr İsrail İrandan birbaşa hücum ehtimalına hazırlaşır, müdafiə sistemləri yerləşdirilib, biz həm müdafiə, həm də hücumda hadisələrin hər cür inkişafına hazırıq", - Baş nazir bildirib.
İsrailin baş naziri qeyd edib ki, o, "aydın prinsip" müəyyən edib ki, bu da İsrailin "onu vuran hər kəsi vurmasından" ibarətdir. İsrail həmçinin "özünü istənilən təhlükədən qoruyacaq", "bunu soyuqqanlılıqla və qətiyyətlə edəcək". "Biz ABŞ-nin dəstəyini, eləcə də Böyük Britaniya, Fransa və bir çox digər ölkələrin dəstəyini yüksək qiymətləndiririk", - o əlavə edib.