Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2019 10:32
Bakı. Trend:
Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib.
Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub.
Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin