Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2024 17:52
İran İsrailə qarşı əməliyyat zamanı iqtisadi və mülki obyektlərə zərbələr endirməyib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
"İranın İsrailə qarşı hərbi əməliyyatı məhdud idi. İran F-35 təyyarələri üçün uçuş-enmə zolaqlarını hədəfə alıb", - XİN rəhbəri bildirib.
Nazir qeyd edib ki, İsrailin bu ay İranın Dəməşqdəki konsulluğuna etdiyi hücum beynəlxalq razılaşmaların pozulması idi.